İdman

gimnastikadan

başlayır

İdmançımız “Bütün ulduzlar komandası” nominasiyası üzrə qalib olub

17 sentyabr 2022

İdmançımız “Bütün ulduzlar komandası” nominasiyası üzrə qalib olub

 Sentyabrın 14-dən 17-dək Lüksemburq şəhərində “TeamGym” üzrə 14-cü Avropa çempionatı keçirilib. Yarışda ölkəmizi Azərbaycan yığma komandasının üzvləri Fərid Mustafayev, Mənsum Səfərov, Anar Həsənov, Adil Hacızadə, Ağamurad Qəhrəmanov, Elnur Məmmədov, Ramin Dəmirov, Tofiq Əliyev, Rəsul Əhmədzadə təmsil edib. Təmsilçilərimiz yarışları 45.650 xalla 7-ci pillədə başa vurublar. 
Yarış çərçivəsində yığma komandamızın üzvü Tofiq Əliyev Avropa Gimnastikasının təsis etdiyi “Bütün ulduzlar komandası” nominasiyasında akrobatika cığırı alətində ən çətin elementin icrasına görə qalib olub. 
Qeyd edək ki, müxtəlif ölkələri təmsil edən qadın və kişi gimnastların nümayiş etdirdikləri elementlər “TeamGym” xalçası,  trampet (kiçik batut) və akrobatika cığırı alətlərində hərəkətlərin icrası üzrə dəyərləndirilib.