İdman

gimnastikadan

başlayır

İki beynəlxalq yarışda iştirak

07 iyun 2023

İki beynəlxalq yarışda iştirak

Bədii gimnastlarımız bu yaxınlarda daha iki beynəlxalq yarışda qüvvələrini sınayıblar.
3 və 4 iyun tarixlərində Çex Respublikasının Brno şəhərində keçirilən "Grand Prix Brno Tart Cup" yarışında yığma komandamızın üzvü Mədinə Dəmirova və Şəms Ağahüseynova,  eyni tarixlərdə və eyni şəhərdə keçirilən "Tart Cup" beynəlxalq turnirində isə Nuray Əhmədzadə mübarizəyə qoşulub.
İdmançılarımızdan Nuray Əhmədzadə lentlə (24.400 xal), Şəms Ağahüseynova isə topla (25.650) hərəkətlərin icrasında 9-cu olub.