İdman

gimnastikadan

başlayır

İki yarış, iki qızıl medal

10 iyul 2023

İki yarış, iki qızıl medal

1 və 2 iyul tarixlərində Portuqaliyanın Santarem şəhəri batut gimnastikası və tamblinq növünün təmsilçilərini bir araya toplayıb. Santarem şəhərində keçirilən Dünya kubokunda ölkəmizi Azərbaycan yığma komandasının üzvləri, Selcan Mahsudova (batut gimnastikası), Mixail Malkin, Tofiq Əliyev və Adil Hacızadə (tamblinq) təmsil edib. Yarışda iki idmançımız - Mixail Malkin və Adil Hacızadə finala vəsiqə qazanmağa müvəffəq olub.  Həlledici mərhələdə təcrübəli idmançımız, Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Mixail Malkin bütün rəqiblərini üstələyərək çempion tituluna yiyələnib. Adil Hacızadə isə medala çox yaxın olsa da, 4-cü pillədə qərarlaşıb. Gimnastlarımız bu yarışda çıxışını başa vurduqdan sonra Portuqaliyanın Koimbra şəhərinə yollanıb. 7-8 iyul tarixlərində Koimbrada keçirilən Dünya kubokunda da Malkin güclü olduğunu bir daha sübuta yetirib. İdmançımız bu yarışı da qızıl medalla başa vurub.