İdman

gimnastikadan

başlayır

İlin ilk medalları 

12 fevral 2024

İlin ilk medalları 


İlin ilk beynəlxalq yarışında bədii gimnastlarımız bizi uğurlu çıxışları ilə sevindiriblər. 
Gənc və böyükyaşlı gimnastların istedadlarını nümayiş etdirdiyi “LUXGR Cup 2024” adlı beynəlxalq turnirdə ölkəmizi bədii gimnastika üzrə yığma komandamızın üzvləri Fidan Qurbanlı, Dəniz Abdullazadə, Sofiya Məmmədova, Nəzrin Abdullayeva (gənclər), Kamilla Seyidzadə, Mədinə Dəmirova (böyüklər) təmsil ediblər. 
Böyüklər arasında Kamilla Seyidzadə 2 qızıl (çoxnövçülük, gürzlər), 2 gümüş (halqa, lent) və 1 bürünc (top) medala layiq görülüb. Gənclər arasında Nəzrin Abdullayeva (halqa), Sofiya Məmmədova (lent), Dəniz Abdullazadə (gürzlər) gümüş, Fidan Qurbanlı isə bürünc (çoxnövçülük) medal əldə ediblər.