İdman
gimnastikadan
başlayır
20 dekabr 2025
Azərbaycan Gimnastika Federasiyası 2025-ci il üzrə milli yarış təqvimini uğurla yekunlaşdırıb. Milli Gimnastika Arenasının köməkçi zalında batut gimnastikası üzrə 9-cu Bakı çempionatı, tamblinq üzrə 21-ci ölkə birinciliyi və Bakı çempionatı keçirilib.
Yarışlarda müxtəlif gimnastika klublarını təmsil edən idmançılar iştirak edərək öz bacarıqlarını nümayiş etdiriblər.
Batut gimnastikası üzrə yarış balacalar (2016–2018), uşaqlar (2013–2015), yeniyetmələr (2011–2012), gənclər (2009–2010) və böyüklər (2008 və daha böyük) yaş kateqoriyalarında keçirilib. Gimnastlar həm fərdi, həm də sinxron proqramlar üzrə çıxış ediblər.
Tamblinq üzrə yarışda isə gimnastlar uşaqlar (2015–2017), yeniyetmələr (2013–2014), gənclər (2009–2012) və böyüklər (2008 və daha böyük) yaş kateqoriyaları üzrə mübarizə aparıblar. İdmançılar il ərzində qazandıqları texniki bacarıqları və idman hazırlığını yüksək səviyyədə təqdim ediblər.
Qeyd edək ki, bir çox gənc gimnast üçün bu yarışlar il ərzində əldə etdikləri nailiyyətlərin, öyrəndikləri elementlərin və yarış təcrübəsinin nümayişi baxımından xüsusi əhəmiyyət daşıyıb. Yarışlar həm idmançıların inkişafının qiymətləndirilməsi, həm də gələcək perspektivlərin müəyyənləşdirilməsi üçün mühüm platforma rolunu oynayıb.
Yarışların ətraflı nəticələri ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
Nəticələr