İdman

gimnastikadan

başlayır

İlk dəfə gimnastlar çarpaz qarşılaşmada

03 may 2024

İlk dəfə gimnastlar çarpaz qarşılaşmada

4 may gimnastika tarixində əlamətdar bir gün kimi qalacaq. İlk dəfə olaraq ulduz idmançılar çarpaz qarşılaşmada mübarizə aparacaq. Çoxnövçülük üzrə böyüklər arasında baş tutan təsnifat yarışlarının nəticələrinə əsasən çarpaz qarşılaşmada mübarizə aparacaq 16 böyük fərdi gimnast müəyyənləşib. 1/8 final mərhələsində onlardan 8-i top, qalan 8-i isə halqa proqramı üzrə çıxış edəcək. Qaliblər öz növbəsində 1/4 final mərhələsinə vəsiqə qazanacaq. İndi isə sizə ulduz onaltılığı - qarşılaşacaq gimnastları təqdim edirik. Halqa proqramı üzrə çıxış edəcək gimnastlar: Raffaeli Sofiya vs Xutsişvili Anna, Ağamirova Zöhrə vs Dragan Kristina, Atamanov Daria vs Kiroy Boqatireva Aleksandra, Tuqolukova Vera vs Poqraniçna Kristina. Topla çıxış edəcək gimnastlar: Vedeneva Yekaterina vs Litra Panagiota, Nikolova Stiliana vs Seyidzadə Kamilla, Myunits Daniyela vs Baldasari Milena, Kaleyn Boryana vs Verdes Andrea. 
Qarşılaşacaq idmançıların siyahısından göründüyü kimi sabah çox maraqlı olacaq! Hər birinizi Milli Gimnastika Arenasında bu həyacana qoşulmağa dəvət edirik.