İdman

gimnastikadan

başlayır

Beynəlxalq Gimnastika Federasiyası öz saytında Malkinin Portuqaliyadakı çıxışına diqqəti çəkib

10 iyul 2024

Beynəlxalq Gimnastika Federasiyası öz saytında Malkinin Portuqaliyadakı çıxışına diqqəti çəkib

Beynəlxalq Gimnastika Federasiyasının rəsmi saytında tamblinq üzrə Azərbaycan təmsilçisi Mixail Malkinin Portuqaliyanın Koimbra şəhərində keçirilən Dünya kubokundakı uğuru barədə qeyd olunub.  Finalda o, 31.100 xal toplayaraq sıralamada ilk yerin sahibi olub. Federasiya öz dərcində bildirib ki, Malkin göstərdiyi performansla hər kəsi heyrətə salıb. Bu uğurlu çıxış sayəsində azərbaycanlı tamblinqçi Dünya kuboku seriyasının qalibi olub. İdmançımıza daim yeni nailiyyətlər qazanmağı arzulayırıq.