İdman

gimnastikadan

başlayır

İvan Tixonov mübarizəni dayandırdı

24 iyul 2021

İvan Tixonov mübarizəni dayandırdı

Tokio-2020 Olimpiya Oyunları çərçivəsində bu gün kişi idman gimnastikası üzrə təsnifat mərhələsi baş tutub.

Dünyanın ən güclü idmançılarının Olimpiya mükafatları uğrunda gərgin mübarizə apardığı yarışlarda təmsilçimiz İvan Tixonov da iştirak edib.

 İlk Olimpiya təcrübəsini yaşayan gimnast çoxnövçülükdə 66 idmançı arasında yarışıb. Altı alətdən ikisində yol verdiyi səhvə görə təəssüf ki, İvan ona finala vəsiqə qazanması üçün gərəkli olan xalı toplaya bilməyib və 45-ci yerdə qərarlaşıb. İlk 24-lükdən onu cəmi 1.034 xal ayırıb.

İvan alətlər üzrə ən yaxşı nəticəsini isə halqalarda göstərərək 14.200 xalla 20-ci olub.