İdman

gimnastikadan

başlayır

İvan Tixonov ölkəmizə V İslam Həmrəyliyi Oyunlarının gimnastika növü üzrə ilk medalını qazandırıb

10 avqust 2022

İvan Tixonov ölkəmizə V İslam Həmrəyliyi Oyunlarının gimnastika növü üzrə ilk medalını qazandırıb

 

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir. 
Oyunlar çərçivəsində avqustun 10-da kişi idman gimnastikası üzrə yığma komandamızın üzvləri mübarizəyə qoşulublar. 
Sevindirici haldır ki, mötəbər yarışda idmançımız İvan Tixonov çoxnövçülük yarışlarında uğurla çıxış edərək gümüş medala layiq görülüb. Bununla da o, ölkəmizə V İslam Həmrəyliyi Oyunlarının gimnastika növü üzrə ilk medalını qazandırıb.
Qeyd edək ki, sabah Bakı vaxtı ilə 18:00-da kişi idman gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri ayrı-ayrı alətlər üzrə final mərhələsində qüvvələrini sınayacaqlar. Təmsilçilərimizdən İvan Tixonov sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, paralel qollar, turnik, Nikita Simonov halqalar, paralel qollar, Mənsum Səfərov isə sərbəst hərəkətlər və turnikdə çıxış edəcək.
Məlumat üçün bildirək ki, Oyunlarda ölkəmiz 4 gimnastika növü (bədii gimnastika, aerobika gimnastikası, kişi və qadın idman gimnastikası) üzrə  təmsil olunur.