04 mart 2023
İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən akrobatika gimnastikası üzrə hakimlik imtahanları keçirilib.
Təmsilçimiz Lalə Hüseynova imtahanı uğurla başa vuraraq, ilk dəfə beynəlxalq 4-cü hakimlik dərəcəsi əldə edib.
Qeyd edək ki, FIG qaydalarına əsasən hər Olimpiya Oyunlarından sonrakı yeni Olimpiya dövründə gimnastika idman növləri üzrə qaydalara dəyişikliklər edildiyi üçün hakimlər sahib olduqları hakimlik dərəcələrini hər dördildənbir təsdiqləməli və ya daha yüksək dərəcə almalıdırlar. Qeyd edək ki, ümumilikdə 4 hakimlik dərəcəsi mövcuddur. Ən yüksək dərəcə 1, ən aşağı dərəcə isə 4-cüdür.