İdman

gimnastikadan

başlayır

AGF tədris proqramına start verib 

11 fevral 2022

 AGF tədris proqramına start verib 

Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin 09.09.2020-ci il tarixli qərarına əsasən təsdiq edilmiş “Azərbaycan Gimnastika Federasiyası” İctimai Birliyinin Məşqçilərin peşəkar hazırlığı üzrə tədris proqramına dair Qaydalarına uyğun olaraq AGF-nin tədris saytı (https://tedris.agf.az/main) istifadəyə verilib. 
Bu sayt vasitəsilə məşqçilər gimnastika növləri (bədii gimnastika, kişi və qadın idman gimnastikası, batut gimnastikası, tamblinq, akrobatika və aerobika) üzrə məşqçilik kurslarında onlayn qaydada qeydiyyatdan keçərək tədris materialları ilə tanış ola, daha sonra imtahan verə bilərlər. 
Tədris kursları 5 səviyyədən (ilk iki səviyyə başlanğıc, növbəti 3 səviyyə isə əsas kurslar) ibarətdir. 
Qeyd edək ki, batut gimnastikası üzrə 1-ci səviyyə üçün (5-7 yaşlı gimanstlarla çalışan məşqçilər üçün) nəzərdə tutulan kursların onlayn hissəsinə aid tədris materialları artıq saytda öz əksini tapıb. 
Bununla əlaqədar olaraq, ölkəmizdə fəaliyyət göstərən idman klubları və cəmiyyətlərində fəaliyyət göstərən məşqçilər batut gimnastikası üzrə bu səviyyəyə aid onlayn kurslardan qeydiyyatdan keçə bilərlər. Məşqçilər onlayn kursları və imtahanları uğurla başa vurduqdan sonra elektron qaydada dinləyici sertifikatı əldə edəcəklər.
Məşqçilik kurslarının nəzəri və təcrübi tədris hissəsi 15-17 fevral tarixlərində Beynəlxalq Gimnastika Federasiyasının batut gimnastikası üzrə Texniki Komitəsinin üzvü Dmitriy Poliaruş tərəfindən Milli Gimnastika Arenasında keçiriləcəkdir.

Məşqçilərin peşəkar hazırlığı üzrə tədris proqramına dair Qaydalarla federasiyasnın rəsmi internet saytında tanış ola bilərsiniz: https://agf.az/uploads/rules/---az--rbaycan-gimnastika-fede_7548_az.pdf