İdman

gimnastikadan

başlayır

Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində “Gimnastika hamı üçün” tədbiri keçirilib

31 oktyabr 2022

 Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində “Gimnastika hamı üçün” tədbiri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində “Gimnastika hamı üçün” tədbiri keçirilib.

Tədbiri Azərbaycan Gənclər və İdman Nazirliyinin “İdman hamı üçün” layihəsi çərçivəsində nazirlik, Azərbaycan Gimnastika Federasiyası və Sosial Xidmətlər Agentliyi birgə təşkil edib. 

Tədbirdə “Gimnastika hamı üçün” növü üzrə Azərbaycanın “Qızıl yaş” komandasının (50 yaş və yuxarı) çıxış proqramı təqdim olunub. 

Müəssisə sakinləri üçün master-klass və gimnastika mütəxəssislərinin müşayiəti ilə isinmə, gimnastika, rəqs hərəkətlərindən ibarət ümumi məşğələlər keçirilib.