12 may 2017
Azərbaycan gimnastları Marina Durunda və Jalə Piriyeva IV İslam Həmrəyliyi Oyunlarında halqa və top ilə hərəkətlərdə final mərhələsinə yüksəldilər.
Halqa ilə hərəkətlərin nəticələrinə əsasən Marina Durunda 16.750 xalla ilk yerdən finala çıxdı. Jalə Piriyeva isə 16.300 xalla ikinci yerdə qərarlaşdı.
Finala çıxan idmançılar arasında Özbəkistan təmsilçiləri Anastasiya Serdyukova və Sabina Taşkanbayeva, Türkiyə gimnastları Ecem Cankaya və Başak Nida Karaevli, Livan təmsilçisi Alisa Sadek və İndoneziyalı Baxyu Putri yer alır.
Durunda və Piriyeva topla çıxışlarla da təsnifat mərhələsini lider olaraq bitirdilər. Marina 16.200 xal, Jalə isə 16 xalla yarışların ilk gününə yekun vurdular.
Topla final mərhələsində Özbəkistanlı Anasatasiya Serdyukova və Nurinisso Usmanova, Türkiyə təmsilçiləri Ecem Cankaya və Başak Nida Karaevli, Suriya gimnastı Dina Ali Alşix və İndoneziyalı Baxyu Putri çıxış edəcəklər.