12 may 2017
Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirovadan ibarət Azərbaycan yığması IV İslam Həmrəyliyi Oyunları çərçivəsində baş tutan bədii gimnastika üzrə yarışlarda ilk günün nəticələrinə əsasən komanda hesabında lider oldular.
İki alətlə çıxışların yekununda komandamız hesabına 65.250 xal yazdırıb. İkinci pillədə Özbəkistan yığması (62.100 xal), 3-cü yerdə isə Türkiyə komandası qərarlaşıb.
Komanda hesabında medal dəsti 4 çıxışın nəticələrinə əsasən müəyyənləşəcək.