İdman

gimnastikadan

başlayır

"Azərbaycan Gimnastika Federasiyası" İctimai Birliyinin İntizam Komissiyasına üzvlüyə namizədlərin qəbulu

28 yanvar 2026

Azərbaycan Gimnastika Federasiyası İctimai Birliyi (AGF), beynəlxalq qabaqcıl təcrübənin tətbiqi, idman sahəsində intizam qaydalarının təkmilləşdirilməsi və təhlükəsiz idman mühitinin təmin edilməsi məqsədilə, Federasiyanın İntizam Komissiyasına üzvlərin seçilməsi prosesinə başlayır.
AGF, intizam qaydalarının tətbiqi, şəxsiyyətin qorunması və qərarların qəbulu proseslərinin beynəlxalq standartlara uyğun, obyektiv və qərəzsiz idarə olunmasını təmin etmək məqsədilə müvafiq ixtisas, peşəkar bacarıq və təcrübəyə malik müstəqil mütəxəssisləri namizədliyə müraciət etməyə dəvət edir.
Seçilmiş namizədlər nəzərdən keçirildikdən sonra, onların namizədlikləri təsdiq olunmaq üçün Federasiyanın növbəti Ümumi Yığıncağına təqdim ediləcəkdir.

Namizədlərə dair tələblər:
•    Ali hüquqi təhsil;
•    Ən azı 5 illik ümumi iş stajı;
•    Hüquq normalarının tətbiqi, etik davranış sahəsində biliklər;
•    Məsuliyyətlilik, obyektivlik, qərəzsizlik, məxfilik və yüksək etik davranış prinsiplərinə sadiqlik;
•    Komanda şəraitində işləmək, sənədlərlə işləmə, analitik və qərarvermə prosesində iştirak etmək bacarığı.

Arzuolunandır:
•    Münaqişələrin həlli, mediasiya, arbitraj, intizam icraatları və oxşar sahələrdə təcrübəni təsdiq edən sənədlərin (sertifikatlar və s.) təqdim olunması;
•    İdman hüququ üzrə bilik və praktiki təcrübə;
•    Komissiya və ya kollegial orqanlarda iştirak təcrübəsi.

Müraciət üçün tələb olunan sənədlər:
•    Ərizə;
•    Tərcümeyi-hal (CV);
•    Şəxsiyyət vəsiqəsinin surəti;
•    Təhsil sənədlərinin surəti (diplom);
•    Əlaqə məlumatları (telefon, e-mail).

Müraciətlər 28.01.2026-cı il tarixdən 06.02.2026-cı il tarixinədək info@agf.az ünvanına göndərilməlidir. Mövzu hissəsində “İntizam Komissiyasına namizədlik” yazılması xahiş olunur.