İdman

gimnastikadan

başlayır

"Batut gimnastikası üzrə beynəlxalq hakimlik kursları"nın nəticələri bəlli olub

05 fevral 2025

28-31 yanvar tarixlərində Bakıda “Batut gimnastikası üzrə beynəlxalq hakimlik kursları” keçirilib.
Kurslarda Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrindən 100 nəfər hakim iştirak edib.
Kurs müddətində hakimlər seminarlarda iştirak edib, “2025-2028-ci il üzrə Olimpiya dövrünü əhatə edən yeni qaydalar” ilə ətraflı tanış olub, daha sonra isə əldə etdikləri biliklər əsasında imtahandan keçiblər. Bu kurslarda ilk dəfə olaraq hakimlərimiz ikili-mini batut gimnastikası üzrə kateqoriyalara da yiyələniblər. 
İmtahana əsasən batut gimnastikası üzrə hakimlərimizin nəticələri:

Surxay Qarayev - Kateqoriya 2 (batut gimnastikası) 
Riyad Abbasov - Kateqoriya 3 (batut gimnastikası) 
Rövşən Qurbanov - Kateqoriya 3 (batut gimnastikası), Kateqoriya 4 (ikili-mini batut) 
Ayxan Əhmədli - Kateqoriya 3 (batut gimnastikası)
Zəhra Paşazadə - Kateqoriya 3 (batut gimnastikası) 
Alina Qontareva - Kateqoriya 3 (batut gimnastikası) 
Kamil Quliyev - Kateqoriya 3 (ikili-mini batut) 
Sənan Mahmudlu - Kateqoriya 4 (batut gimnastikası)
İnna Timofoyeva - Kateqoriya 4 (batut gimnastikası)
Hafiz Rzayev - Kateqoriya 4 (tamblinq və ikili-mini batut) 
Yasir Tanrıverdiyev - Kateqoriya 4 (tamblinq)
Dmitri Karataşov - Kateqoriya 4 (tamblinq)
Taleh Həziyev - Kateqoriya 4 (tamblinq) 

Hakimlərimizi əldə etdikləri bu nailiyyət münasibətilə təbrik edirik!