İdman

gimnastikadan

başlayır

Dünya kubokunun tarixi medalları

06 iyun 2022

 Dünya kubokunun tarixi medalları

İyunun 3-dən 5-dək Polşanın Jeşuf şəhərində akrobatika gimnastikası üzrə Dünya kuboku keçirilib. Yarışda yığma komandamızın üzvləri qarışıq hərəkətlər proqramında 2 qızıl və 1 gümüş medal əldə ediblər. Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz qızıl,  Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz gümüş medal qazanıb. Qeyd edək ki, qadın qrupu və qarışıq cütlüyümüzün qazandığı nailiyyət akrobatika gimnastikası üzrə  Dünya kubokunda əldə olunan ilk qızıl medaldır.