13 iyun 2023
Bədii gimnastika üzrə Azərbaycan yığmasının üzvləri 9-11 iyun tarixlərində Latviyanın Kekava şəhərində keçirilən "Fairy Dust" beynəlxalq turnirində uğurla çıxış ediblər. Yığma üzvlərindən Ləman Əhmədli və Fidan Aladinova topla hərəkətlərin icrasında müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Yarış həmçinin “Ocaq Sport” Klubunun və İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Gimnastika Məktəbinin (Bakı Gimnastika Məktəbi) yetirmələrinin medalları ilə yadda qalıb.
“Ocaq Sport” klubunun təmsilçiləri arasında İnci İslamova top proqramında qızıl medala sahib çıxıb.
Röya Alıkişiyeva gürzlərlə qızıl, çoxnövçülükdə gümüş medal əldə edib. Maya Kozaçuk çoxnövçülük, top və gürzlə hərəkətlərdə gümüş medallar qazanıb. Nigar Əhmədzadə gürzlərlə hərəkətlərdə gümüş medal, Mehin Hüseynova topla kompozisiyaya görə bürünc medala yiyələnib.
BGM-in yetirməsi Fəxriyyə Əliyeva gürzlərlə hərəkətlərdə qızıl medala sahib çıxıb.