İdman

gimnastikadan

başlayır

Gimnastımız Dünya kubokunun finalına yüksəlib

18 fevral 2023

 Gimnastımız Dünya kubokunun finalına yüksəlib

Xəbər verdiyimiz kimi, bu gün Bakıda, Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya kuboku start götürüb. Gimnastika üzrə ilin ilk beynəlxalq yarışı həyəcanlı anlarla yadda qalıb. Yarışın ilk günündə kişilər və qadınlar arasında fərdi və sinxron cütlüklərin təsnifat yarışları keçirilib.

Sevindirici haldır ki, Azərbaycanı bu yarışda təmsil edən yığma komandanın üzvü Selcan Mahsudova təsnifat mərhələsində özünəinamlı çıxışı ilə fərqlənib. İdmançımız bu mərhələni 53.370 xalla üçüncü pillədə başa vuraraq finala yüksəlib.

Sabah keçiriləcək həlledici mərhələdə idmançımıza uğurlar arzulayırıq.

Qeyd edək ki, sabah qadınlar arasında final yarışları ilə yanaşı, kişilər arasında ikinci təsnifat və final mərhələləri keçiriləcək.