İdman

gimnastikadan

başlayır

Marina Durunda Bakıda keçiriləcək Bədii Gimnastika üzrə Dünya Kubokunda iştirak edə bilməyəcək

25 aprel 2017

Marina Durunda Bakıda keçiriləcək Bədii Gimnastika üzrə Dünya Kubokunda iştirak edə bilməyəcək

Azərbaycan gimnastı Marina Durunda zədə səbəbi ilə Bakıda keçiriləcək Bədii Gimnastika üzrə Dünya Kubokunda iştirak edə bilməyəcək. Bunu, Trendə müsahibəsində bədii gimnastika üzrə milli komandanın baş məşqçisi Mariana Vasileva təsdiq edib.

 Milli komandanın lideri bir müddət əvvəl Fransada keçirilən Qran-pridə məşq zamanı əlindən zədə alıb.

 "Gimnastın səhhəti sağalmağa doğru gedir, lakin qərara gəldik ki, onu mayda keçiriləcək Bakı IV İslam Həmrəyliyi Oyunları və Macarıstanda baş tutacaq Avropa Çempionatına qədər qoruyaq", - Mariana Vasileva deyib.

 Komandanın heyətində Marina Durundanı istedadlı gimnast Zöhrə Ağamirova əvəz edəcək.

 

 “Trend” İnformasiya Agentliyi, 25 aprel 2017-ci il