İdman

gimnastikadan

başlayır

San-Marinoda medal kürsüsü

09 sentyabr 2024

San-Marinoda medal kürsüsü

Azərbaycanın bədii gimnastika üzrə təmsilçiləri 7-8 sentyabr tarixlərində Serravalle (San-Marino) şəhərində keçirilmiş beynəlxalq “San Marino Cup” adlı turnirdə yeddi medal qazanıblar. Ölkəmizi böyüklər yaş kateqoriyasında İlona Zeynalova, gənclər yaş kateqoriyasında isə Şəms Ağahüseynova təmsil edib. Ümumilikdə, İlona üç gümüş və iki bürünc medal qazanıb, Şəms isə öz yaş kateqoriyasında qızıl, eləcə də gümüş medalın sahibi olub. Şəms lent ilə hərəkətlərdə birinci yeri qazanıb (28,033) və çoxnövçülük üzrə gümüş medala layiq görülüb (110,599). İlona Zeynalovaya gəldikdə, çoxnövçülükdə (112,166), halqa (29,133), eləcə də topla (28,100) hərəkətlərdə fəxri kürsünün ikinci yerinə layiq görülüb. Lent (26,000) və gürzlərlə isə (28,933) bürünc medalın sahibi olub. İdmançılarımıza növbəti beynəlxalq yarışlarda da uğurlar arzulayırıq.