09 fevral 2022
Azərbaycanın bədii gimnastika üzrə əməkdar məşqçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Nina Fyodorovna Hacıbəylinskaya dünyasını dəyişib.
1927-ci ildə Bakıda anadan olan Nina Fyodorovna Hacıbəylinskaya ömrünü idmana həsr edib. Azərbaycanın bədii gimnastika üzrə SSRİ idman ustası, SSRİ çempionatının bürünc medalçısı, Ümumittifaq dərəcəli hakimi olmuş N. Fyodorovna yeniyetmələr, gənclər və böyüklər üzrə yığma komandaların baş məşqçisi kimi fəaliyyət göstərmişdir.
Veteran məşqçi peşəkar keyfiyyətləri və yüksək insani xüsusiyyətləri ilə bütün həmkarlarının yaddaşlarında uzun illər qalacaqdır.
Azərbaycan Gimnastika Federasiyası bütün gimnastika ictimaiyyəti adından mərhumun ailə üzvlərinə dərin hüznlə baş sağlığı verir və onlara səbr diləyir.
Allah rəhmət etsin.