İdman

gimnastikadan

başlayır

Avropa Çempionatında 1 qızıl, 2 gümüş medal

15 aprel 2018

Avropa Çempionatında 1 qızıl, 2 gümüş medal

12-15 aprel tarixlərində Milli Gimnastika Arenasında Batut, Tamblinq və İkili-Mini Batut Gimnastikası üzrə Avropa Çempionatı keçirilmişdir. 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkənin iştirakı və hər 3 növ üzrə 640-a yaxın idmançı birincilik uğrunda mübarizə aparmışlar.

Yarışların 1-ci və 2-ci günlərində, gimnastlarımız uğurlar çıxış edərək, finala vəsiqə qazanmışlar. 

Bu mötəbər yarışda Tamblinq cığırında ölkəmizi təmsil edən, bundan öncə, Yeniyətmələr arasında Dünya Çempionu olan gimnastımız Mixail Malkin ilk dəfə olaraq, böyüklər arasında Avropa Çempionu olmuşdur. O, finalda 77,400 xal toplayaraq, Avropanın ən güclüsü adını qazanmışdır. 

Batutçularımızdan Svetlana Makştarova və Veronika Zemlyanaya Sinxron çıxışlarında Avropanın 2-cisi olaraq, gümüş medala yiyələnmişdilər. Məşqçilərimiz finalda 47,000 xal toplayaraq, yalnız Belarusiyanın gimnastlarından geri qalmışdır.

Gimnastlarımızı təbrik edir, onlara növbəti yarışlarda da uğurlar arzu edirik.