İdman
gimnastikadan
başlayır
12 may 2025
9-11 may tarixlərində Polşanın Krakov şəhərində batut gimnastikası və tamblinq üzrə beynəlxalq turnir keçirilib. Turnirdə iştirak edən milli komandamızın üzvləri uğurlu çıxışları ilə yadda qalıblar.
Batut gimnastikası üzrə uşaqlar yaş kateqoriyasında:
Muhammed Həsənli (86.720 xal) - gümüş medal
Aylin Ağazadə (44.200 xal) - bürünc medal
Yeniyetmələr yaş kateqoriyasında:
Fərhad Mustafayev (ikili mini batut, 45.600 xal) - qızıl medal
Samirə Hüseynova (50.770 xal) - qızıl medal
Nikita Koleşnikov (ikili mini batut - 46.430 xal) gümüş, (42.900 xal) - bürünc medal
Gənclər yaş kateqoriyası:
Fərhad Vəliyev (ikili-mini batut, 23.800 xal) - gümüş, (87.690 xal) - bürünc medal
Ammar Baxşalıyev (99.340 xal) - qızıl, (ikili-mini batut, 23.700 xal) - bürünc medal
Ayan Şabanova (47.300 xal) - bürünc medal
Böyüklər yaş kateqoriyası:
Şəfiqə Hümbətova (ikili-mini batut, 42.200 xal) - qızıl medal
Tamblinq üzrə böyüklər yaş kateqoriyasında:
Sənan Rzazadə (39.100 xal) - qızıl medal
Tofiq Əliyev (30.900 xal) - qızıl medal
Aleksey Karataşov (26.900 xal) - gümüş medal
Mehdi Əliyev (52.380 xal) - gümüş medal
Adil Hacızadə (24.000 xal) - bürünc medal
Gimnastlarımızı beynəlxalq arenada göstərdikləri uğurlu çıxışlara görə təbrik edir, gələcək yarışlarda da onlara yeni nailiyyətlər arzulayırıq!