İdman

gimnastikadan

başlayır

Yarışlara 10 gün qaldı

06 sentyabr 2019

Yarışlara 10 gün qaldı

Bədii gimnastika üzrə Dünya Çempionatına 10 gün qalmış, Milli Gimnastika Arenasında yoxlama-məşq toplanışı keçirilib.

Çempionatda iştirak edəcək milli komandamızın üzvləri bu gün, öz proqramlarını tam şəkildə icra ediblər. Toplanışda yerli təmsilçilərlə yanaşı, Livan və Çexiyalı gimnastlar da çıxış edib.

Yoxlama məşqində Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, həmçinin federasiyasının nümayəndələri, məşqçi və hakim heyəti də iştirak edib.

A. Həsənov gimnastlarımızın çıxışlarını izləmiş və daha sonra onlarla söhbət edərək, belə əhəmiyyətli çempionat öncəsi iştirakçılara uğurlar arzulamışdır.

Sonda komanda ilə xatirə şəkili çəkilmişdir.