İdman

gimnastikadan

başlayır

Noyabrın 11 və 12-də paytaxtda Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş bədii gimnastika üzrə 27-ci, aerobika gimnastikası üzrə 6-cı birgə Bakı çempionatı keçirilib.

14 noyabr 2022

Noyabrın 11 və 12-də paytaxtda Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş bədii gimnastika üzrə 27-ci, aerobika gimnastikası üzrə 6-cı birgə Bakı çempionatı keçirilib.

Bədii gimnastika üzrə yarışlarda idmançılar balacalar (2012-2014), yeniyetmələr (2010-2011), gənclər (2007-2009) və böyüklər (müsabiqədən kənar - 2006-cı il və daha böyük) yaş kateqoriyasında mübarizə aparıblar. Yarışlarda “balacalar” - fərdi çoxnövçülük, alətsiz, top və halqa ilə proqramlarını nümayiş etdirib. “Yeniyetmələr” - fərdi çoxnövçülük, halqa, top, gürzlərlə, “gənclər”  - fərdi çoxnövçülük, halqa, top, gürzlər, lentlə və “böyüklər” isə -  top, gürzlərlə proqramlarını nümayiş etdiriblər. Aerobika gimnastikası üzrə yarışlarda yeniyetmələr (2008-2010-cu illər) fərdi qadınlar, üçlük və qrup, gənclər isə (2005-2007-ci illər) yalnız fərdi qadınlar proqramında mübarizə aparıblar. Yarışda ümumilikdə 124 idmançı iştirak edib. Onlardan 94-ü bədii gimnastika, 30-u isə aerobika gimnastikası üzrə çıxış edib.
Gimnastlar, həmişə olduğu kimi çeviklik, zəriflik və ritm hissi nümayiş etdirdiriblər. İştirakçılar musiqi sədaları altında orijinal keçidlərlə mürəkkəb gimnastika elementlərindən ibarət çıxış proqramları ilə tamaşaçıları sevindirib. Gimnastların çıxışları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Tamaşaçılar idmançıları fəal şəkildə dəstəklədilər ki, bu da yarışın bütün iştirakçılarına müsbət təsir göstərdi. Gimnastlar öz müsahibələrində bunu həvəslə vurğuladılar.
İki gün davam edən yarış başa çatdıqdan sonra noyabrın 12-də qaliblər müəyyənləşdi.