İdman

gimnastikadan

başlayır

11-ci Vavel beynəlxalq turnirində uğurlu çıxış

10 mart 2024

11-ci Vavel beynəlxalq turnirində uğurlu çıxış

Polşanın Krakov şəhərində batut gimnastikası və tamblinq üzrə keçirilən 11-ci Vavel beynəlxalq turnirinə yekun vurulub. Yarışda ölkəmizi milli komandanın məşqçiləri Adil Hüseyzadə və Rahib Əliyevin rəhbərliyi altında tamblinq üzrə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Abdullayev, Aleksey Karataşov, Xətai Hümbətov, Hadi Əliəkbər, Sənan Rzazadə, batut gimnastikası və ikili mini batut üzrə isə Fərhad Vəliyev təmsil ediblər.
Komandamızın heyətinə ilk medalı ikili mini batut üzrə çıxış edən gimnastımız Fərhad Vəliyev qazandırıb. İdmançımız bütün rəqiblərini üstələyərək çempion olub.
Tamblinq üzrə ölkəmizi təmsil edən gimnastlarımız Sənən Rzazadə, Aleksey Karataşov, Adil Hacızadə qızıl, Xətai Hümbətov və Mixail Malkin gümüş, Bilal Qurbanov isə bürünc medala sahib çıxıb.