İdman

gimnastikadan

başlayır

Almaniyadan medal sevinci

05 mart 2024

Almaniyadan medal sevinci

Bədii gimnastlarımız daha bir beynəlxalq turnirdə bizə medal sevinci yaşadıblar.
2-3 mart tarixlərində Almaniyanın Fellbax-Şmiden şəhərində keçirilən “Gymnastic International 2024” beynəlxalq turnirində məşqçilər Nərmin Cahangirova və Nəzrin Cəfərzadənin rəhbərliyi altında ölkəmizi gənclər arasında Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova, Fidan Qurbanlı, böyüklər arasında Kamilla Seyidzadə və Kamila Qafarova təmsil ediblər.
Gənc gimnastlarımız Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova, Fidan Qurbanlı komanda hesabında bürünc medal qazanaraq millimizin aktivinə ilk medalı yazdırıblar.

Gənc gimnastlarımız fərdi proqramda da fərqləniblər. Şəms Ağahüseynova lentlə gümüş, İlahə Bahadırova top hərəkətlərin icrasında bürünc medala sahib çıxıb.

Böyüklər arasında isə ən yaxşı nəticəni Kamilla Seyidzadə göstərib. Finalda mübarizə aparan idmançımız yarışı 7-ci pillədə başa vurub.

Bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim Nigar Abdusalimova turnirdə ölkəmizi hakim kimi təmsil edib.