İdman
gimnastikadan
başlayır
23 may 2026
23 may tarixində Neftçala Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə keçirilən 10-cu bölgələrarası kubok yarışı uğurla başa çatdı. Ölkənin müxtəlif bölgələrini – Abşeron, Ağdaş, Gəncə, Masallı, Mingəçevir, Naxçıvan, Xırdalan, Sumqayıt, Sabirabad, Şamaxı, Şəki, Şəmkir və Zaqatalanı təmsil edən 100-ə yaxın gimnast yarışda öz bacarıqlarını nümayiş etdirdi.
Yarışda balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyalarında çıxış edən gimnastlar alətsiz və müxtəlif alətlər üzrə proqramlarla çıxış etdilər.
Günün birinci yarısında balacalar yaş kateqoriyasında iştirak edən gimnastların çıxışları izlənildi və qaliblərin mükafatlandırılması mərasimi keçirildi. Günün ikinci yarısında isə yeniyetmələr və gənclər yaş kateqoriyalarında çıxış edən gimnastlar öz məharətlərini nümayiş etdirdilər.
Yarışda Sumqayıt şəhərini təmsil edən gimnastlar əldə etdikləri nəticələrlə xüsusi olaraq fərqləndilər.
Yarış boyunca gimnastlar yüksək motivasiya, peşəkar hazırlıq səviyyəsi və estetik çıxışları ilə diqqət çəkdilər. Onların çıxışları bir daha sübut etdi ki, bölgələrdə fəaliyyət göstərən idman məktəbləri ölkəmizin gimnastika gələcəyinin formalaşmasına mühüm töhfə verir.
Regionlarda gimnastikaya marağın ilbəil artması isə ölkəmizdə idmanın davamlı inkişafının bariz göstəricisidir.
Yarışın nəticələri ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
Nəticələr