İdman

gimnastikadan

başlayır

Berlindəki beynəlxalq turnirdən 2 “gümüş”

10 aprel 2016

Berlindəki beynəlxalq turnirdən 2 “gümüş”

Bu həftəsonu Berlində (Almaniya) idman gimnastikası üzrə gənclər arasında “Junior-Team-Cup” adlı 21-ci beynəlxalq turnir keçirildi.

Bu turnirdə Azərbaycanı gənc gimnastlar – Murad Ağarzayev, Ağamurad Qəhrəmanov, Səməd Məmmədli və Sergiy Onbış təmsil etdilər. Qeyd edək ki, Murad Ağarzayevdən başqa, bu digər 3 idmançının beynəlxalaq arenada debüt çıxışı idi.

2002-ci il təvəllüdlü gimnastların yaş qrupunda çıxış edən Səməd Məmmədli sərbəst hərəkətlər və dəstəli at üzərində finalda 2 gümüş medal qazandı. O, həmçinin, turnik üzərində hərəkətlərin finalında 4-cü yerə layiq görüldü. Səməd halqa və dayaqlı tullanma üzrə finalda isə 6-cı yerdə qərarlaşdı.

Ağamurad Qəhrəmanov və Sergiy Onbış isə 2001-ci il təvəllüdlü gimnastların yaş qrupunda çıxış etdilər. Sergiy dayaqlı tullanma üzrə finala vəsiqə qazandı və 5-ci yeri tutdu. Ağamurad isə parallel qollarda üzərində final çıxışında 5-ci oldu.

Ölkəmizi daha böyük yaş qrupunda təmsil edən gimnast Murad Ağarzayev dayaqlı tullanma üzrə finalda çıxış edərək, 5-ci yerdə qərarlaşdı.