İdman

gimnastikadan

başlayır

2 turnir, 12 medal

29 sentyabr 2025

2 turnir, 12 medal

22-29 sentyabr tarixlərində Bolqarıstanın Varna şəhərində keçirilən batut gimnastikası üzrə beynəlxalq turnirdə iştirak edən gimnastlarımız uğurlu nəticələr göstəriblər.
Belə ki, sinxron proqramda Hüseyn Abbasov və Maqsud Mahsudov 51.200 xalla qızıl medal qazanıblar. Hər iki gimnast fərdi proqramda da medal əldə edib: Maqsud Mahsudov 57.960 xalla qızıl, Hüseyn Abbasov isə 56.020 xalla bürünc medala sahib olub.

Eyni tarixlərdə Slovakiyanın Bratislava şəhərində keçirilən batut gimnastikası üzrə digər beynəlxalq turnirdə iştirak edən gimnastlarımız da yüksək nəticələrlə yadda qalıblar.

Fərdi proqramda:
Ammar Baxşalıyev - 54.570 xalla qızıl medal,
İbrahim Mustafazadə - 50.910 xalla gümüş medal,
Məhəmməd Həsənli - 47.990 xalla gümüş medal,
Aylin Ağazadə - 88.940 xalla qızıl medal,

İkili-mini batut üzrə:
Ammar Baxşalıyev - 26.000 xalla qızıl medal,
Muhamməd Həsənli - 21.100 xalla gümüş medal,
Fərhad Vəliyev – 25.200 xalla gümüş medal;


Sinxron proqramda:
Ömər Qasımlı və Nikita Koleşnikov - 57.270 xalla gümüş medal,
Ammar Baxşalıyev və İbrahim Mustafazadə - 40.670 xalla bürünc medal qazanıblar.

Gimnastlarımızı bu uğurlu nəticələr münasibətilə təbrik edirik!