İdman

gimnastikadan

başlayır

2 yarış, 3 qızıl medal

13 iyun 2023

2 yarış, 3 qızıl medal

Medallarla zəngin olan bu həftə sonu akrobatlarımız da bizi öz uğurlu çıxışları ilə sevindiriblər.
9-11 iyun tarixlərində Azərbaycanın akrobatika gimnastikası üzrə yığma komandasının üzvləri Ağasif Rəhimov və Raziyə Seyidli (qarışıq cütlük) Polşanın Jeşuv şəhərində keçirilən Dünya kubokunda, Nizam Xamidulin və Milana Əliyeva (qarışıq cütlük), Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiri (qadın qrupu) isə eyni şəhərdə təşkil olunan beynəlxalq turnirdə qüvvələrini sınayıblar.
Dünya çempionatının gümüş mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz Dünya kubokunda çoxnövçülük proqramında bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar.
Nizam Xamidulin və Milana Əliyevadan ibarət qarışıq cütlüyümüz, eləcə də Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiridən ibarət qadın qrupumuz eyni şəhərdə keçirilən beynəlxalq turnirdə çoxnövçülük proqramında qızıl medallara layiq görülüblər.