İdman

gimnastikadan

başlayır

Aerobika gimnastikası üzrə Dünya kuboku başa çatıb

27 mart 2024

Aerobika gimnastikası üzrə Dünya kuboku başa çatıb

22-24 mart tarixlərində gimnastlarımız daha bir yarışı müvəffəqiyyətlə sonlandırıblar. “12-ci Kantanhede beynəlxalq açıq yarışı 2024” ilə eyni ərəfədə baş tutan aerobika gimnastikası üzrə Dünya kubokunda Vladimir Dolmatov, Mədinə Mustafayeva, Dilarə Qurbanovadan ibarət üçlük 6-cı yerdə qərarlaşıb. Mədinə Mustafayeva və Vladimir Dolmatov qarışıq cütlük tərkibində çıxış edərək yarışı 4-cü pillədə başa vurub. Fərdi çıxışlar zamanı öz məharətlərini nümayiş etdirən Dilarə Qurbanova 11-ci, Xədicə Quliyeva isə 26-cı oldu.