İdman

gimnastikadan

başlayır

Bakıda bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turnirinə start verilib

20 aprel 2019

Bakıda bədii gimnastika üzrə 2-ci

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turnirinə start verilib.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarında əsasən, yarışda yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edirlər. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparırlar.

Ölkəmizi bu turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, 2018-ci il Avropa çempionatının gənclər arasında bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edirlər.