İdman

gimnastikadan

başlayır

Aerobika Gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı

02 oktyabr 2016

Aerobika Gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı

1 oktyabr tarixində Heydər Əliyev adına İdman-Konsert Kompleksində Aerobika Gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı baş tutdu.

Gənc istedadlar öz çıxışlarına keçid almazdan öncə Azərbaycanda 2013-cü ilin sonlarından inkişaf edən bu idman növü haqqında yarışları izləməyə gəlmiş tamaşaçılara ətraflı məlumat verildi.

35 gimnastın qatıldığı yarışlarda “Ocaq Sport” Klubunun nümayəndələri fərdi kişi (gənclər - 15-17 yaş, böyüklər 18 yaş və daha böyük), fərdi qadın (uşaqlar - 7-8 yaş, balacalar - 9-11 yaş, yeniyetmələr - 12-14 yaş, gənclər - 15-17 yaş) və qadın üçlüyü (uşaqlar - 7-8 yaş, balacalar - 9-11 yaş, yeniyetmələr - 12-14 yaş) çıxış proqramlarında medallar uğrunda mübarizə apardılar.

Yarışın nəticələrinə əsasən, kişilərin fərdi çıxış proqramında Vladimir Dolmatov (böyüklər), İmran İmranov (gənclər), fərdi qadın çıxış proqramı üzrə isə Ayan Əliyeva (uşaqlar), Dilarə Qurbanova (balacalar), Xədicə Quliyeva (yeniyetmələr) və Nərminə Hüseynova (gənclər) fərqləndilər.

Qadın üçlüklərin yarışlarında isə Aylin Əliyeva, Əminə Cəfərli və Zəhra Salmanlı (uşaqlar), Aydan Muqalova, Aydan Şirinova və Sara Əlixanlı (balacalar), o cümlədən Fəridə Ağayeva, Xədicə Quliyeva və Fərəh Vəliyeva (yeniyetmələr) qalib adını qazandılar.

Yarışlar Azərbaycan Gimnastika Federasiyasının rəsmi internet səhifəsində (www.agf.az) canlı yayım vasitəsilə nümayiş olunmuşdur.

Aerobika Gimnastikası üzrə yarışların nəticələri haqqında daha ətraflı məlumatı http://www.agf.az/competitions/ səhifəsindən əldə edə bilərsiniz.