İdman

gimnastikadan

başlayır

3 dəfə fəxri kürsünün ən yüksək pilləsində

02 may 2022

3 dəfə fəxri kürsünün ən yüksək pilləsində

Aprelin 29-da və 30-da  Rumıniyanın paytaxtı Buxarestdə bədii gimnastika üzrə böyüklər arasında  21-ci  "Irina Deleanu Cup” adlı beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizi yığma komandamızın ikinci heyəti  təmsil edib. Yarışda fərdi növdə Alina Məmmədova və Alina Gözəlova, qrup hərəkətləri proqramında isə Fidan Yusifzadə, Səkinə İbrahimbəyli, Nərgiz Ramazanova, Zəhra Paşazadə, Nigar Xankişiyeva, Leyla Əliyeva mübarizə aparıblar.  Yarışda qrup hərəkətləri üzrə komandamızın üzvləri 3 qızıl medal qazanıblar. Belə ki, onlar çoxnövçülük, 5 halqa, 3 lent və 2 topla hərəkətlərdə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar.