03 may 2017
Ötən həftə Azərbaycanın gənc tamblinqçiləri Ukraynanın paytaxtında baş tutmuş beynəlxalq turnirdə iştirak ediblər.
2005-2006-ci il təvəllüdlü yaş kateqoriyasında çıxış edən gimnastlarımız Adil Hacızadə (59,9 xal) və Zeynəb Qasımlı (62,7 xal) çoxnövçülükdə qızıl medal əldə ediblər.
Digər tamblinqçimiz Tofiq Əliyev isə 2003-2004-cü il təvəllüdlü gimnastlar arasında mübarizə apararaq çoxnövçülükdə gümüş medal (56,3 xal) qazanıb. O, həmçinin digər hərəkətlər üzrə 1 bürünc (53,3 xal) və 1 qızıl (62,2 xal) medala layiq görülüb.