İdman

gimnastikadan

başlayır

3 illik fasilədən sonra komandamız TeamGym üzrə Avropa Çempionatında

05 dekabr 2021

3 illik fasilədən sonra komandamız TeamGym üzrə Avropa Çempionatında

1-4 dekabr tarixlərində Portuqaliyanın Quimareş şəhərində TeamGym üzrə Avropa Çempionatı keçirilib.

Bu yarışda TeamGym gimnastika növü üzrə təmsilçilərimiz – Ağamurad Qəhrəmanov, Tofiq Əliyev, Adil Hacızadə, Rəsul Əhmədzadə, Elnur Məmmədov, Ramin Dəmirov, Anar Həsənov və Mənsum Səfərovdan ibarət heyət kişilər arasında komanda yarışlarında çıxış ediblər.

Ölkəmiz üçün yeni olan gimnastika növünün nümayəndələri finalda çıxış edərək, həlledici mərhələdə 5-ci yerdə qərarlaşıblar.

“TeamGym” Avropa Gimnastikasına aid komanda yarışı növüdür. Azərbaycan Gimnastika Federasiyası (AGF) 2018-ci ilin əvvəlində “TeamGym” növünü öz fəaliyyətinə daxil etməyə qərar verdi.

2018-ci ilin oktyabr ayında yığma komandamız ilk dəfə “TeamGym” üzrə Avropa Çempionatına qatılmış (Odivelaş, Portuqaliya) və gənclər yaş kateqoriyasında mübarizə aparmışdır.

2019-cu ildə Bakıda AGF tərəfindən yerli gimnast və məşqçilər üçün kurslar təşkil edilmişdir. 2020-ci ildə isə “TeamGym” üzrə ilk hakimlərimiz Avropa hakimlik dərəcəsi almışlar.