İdman

gimnastikadan

başlayır

Macarıstanın paytaxtı Budapeştdə bədii gimnastika üzrə 33-cü Avropa Çempionatı yekunlaşıb

22 may 2017

Macarıstanın paytaxtı Budapeştdə bədii gimnastika üzrə 33-cü Avropa Çempionatı yekunlaşıb

19-21 may tarixlərində baş tutan qitə çempionatında ölkəmizi fərdi proqramda Marina Durunda, Jalə Piriyeva və gənclərdən ibarət qrup hərəkətləri komandası təmsil edib.

Bir müddət öncə zədə alaraq, məşqlərinə fasilə verən  komandamızın lideri Marina yenidən yarış meydançasında öz gücünü sınayıb. İslam Həmrəyliyi Oyunlarından sonra iştirak etdiyi ikinci böyük turnirdə o, ən yaxşı nəticəni halqa ilə göstərərək, finala qədər yüksəlib. Yekun mərhələdə Marina 16,750 xalla 6-cı yerdə qərarlaşıb.

Güllü Ağalarzadə, Fatimə Əkbərova, Narın Qurbanova, Dərya Sorokina, Nərmin Cahangirovadan ibarət qrup komandamız isə 27 ölkə arasında gedən mübarizədə 9-cu yerlə (30.150 xal) kifayətlənməli olub.