İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN GİMNASTLARININ BRNO QRAN-PRİSİNDƏ VƏ LATVİYA TURNİRİNDƏ 4-5-Cİ YERLƏRİ

16 mart 2009

AZƏRBAYCAN GİMNASTLARININ BRNO QRAN-PRİSİNDƏ VƏ LATVİYA TURNİRİNDƏ 4-5-Cİ YERLƏRİ

Azərbaycan gimnastı Anna Qurbanova Qran-pri seriyasının ikinci mərhələsində Çexiyanın Brno şəhərində iki dəfə dördüncü yeri tutmuşdur.

Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata görə, o, finallarda ip və topla çıxış edərkən hakimlərdən müvafiq olaraq 25.55 və 25.2 xal alaraq 4-cü yeri tuturdu. Digər iki finallarda – halqa və lentlə - o, Qran-prinin səkkiz ən güclü iştirakçılar arasında idi.

Çoxnövçülüyün nəticələrinə görə isə Qurbanova 98.3 xal toplayaraq, 7-ci yeri tutmuşdur.

Qalibə gəldikdə isə, bu adı Pekin Olimpiya çempionu, üç finalda birinci olan Yevgeniya Kanayeva qazanmışdır.

Mərkəzi Avropadakı yarışla paralel olaraq, qitənin şimal-şərqində, Riqada Baltic Hoop beynəlxalq turniri keçirilmişdir. Orada ölkəmizi gimnast Samirə Mustafayeva təmsil etmişdir.

Təsnifatının nəticələrinə əsasən ayrı-ayrı növlərlə iştirak etmək hüququ qazanan gimnast ip və topla finallara çıxmışdır. Həm ip (23.467), həm də topla (23.2) Mustafayeva 5-ci yerləri tutmuşdur.

Beynəlxalq dərəcəli hakim Nurlanə Əlizadənin sözlərinə görə, gimnastımız finallarda layiqincə çıxış etmiş və üçüncü yerləri tutan idmançıdan 0.2 xal geri qalmışdır.

Hələlik gimnastlar müxtəlif turnirlərdə iştirak edərkən və ilk yarımilliyin ən böyük yarışı – Bakıda keçiriləcək Avropa çempionatına hazırlaşarkən, turnirə 2 ay qalmış Avro-2009-un iştirakçılarının sayı və yarışın cədvəli müəyyənləşmişdir.

Beləliklə, birinci gün, mayın 15-i fərdi gimnastların yarışı keçiriləcək və çempionatın təntənəli açılış mərasimi keçiriləcək. Sonrakı gün fərdi gimnastlar ümumkomanda hesabında yarışları yekunlaşdıracaq, və yeniyetmə qrupların təsnifatı keçiriləcək. Nəhayət, mayın 17-i beş final baş tutacaq: dörd fərdi (ip, halqa, top, lent) və bir qrup (5 lent). Avropa çempionatına qitənin ən yaxşı gimnastlarının iştirakı ilə Qala yekun vuracaq.

Ümumilikdə Bakıya, yubiley 25-ci Avropa çempionatına 32 ölkədən 200-ə yaxın gimnast təşrif buyuracaq. Onlardan 31 ölkə fərdi turnirdə, 17 ölkənin komandası isə yeniyetmə qrup yarışlarında iştirak edəcək. Avro-2009 yeni Olimpiya dövründə ilk böyük yarış olacaqdır. Ən yaxşı gimnastların yarışı Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək.