İdman

gimnastikadan

başlayır

4 günlük əsrarəngiz gimnastika yarışları sona çatdı

07 oktyabr 2024

4 günlük əsrarəngiz gimnastika yarışları sona çatdı

3-6 oktyabr tarixlərində Milli Gimnastika Arenasında “OcaqSport” klubunun təşkilatçılığı ilə baş tutan bədii gimnastika üzrə 3-cü beynəlxalq “Ocaq kuboku” yarışı yekunlaşıb. Yerli və xarici klubların kiçikyaşlı gimnastlarının mübarizə apardığı yarışda 10 ölkəni təmsil edən 37 klubdan 400-ə yaxın fərdi gimnast və 16 qrup hərəkətləri komandası öz bacarıqlarını məharətlə nümayiş etdirdi. Yarış gərgin və maraqlı mübarizələrə səhnə oldu. Gimnastlar öz bacarıqlarını ən yüksək səviyyədə təqdim etdilər. Kiçikyaşlı gimnastlar sərgilədikləri peşəkarlıqla 4 gün boyunca tamaşaçıları heyran buraxdılar. Bu yarış idmançıların öz bacarıqlarını inkişaf etdirmələri və bədii gimnastikaya olan sevgilərini bir daha nümayiş etdirmələri üçün gözəl bir fürsət yaratdı. Qalib gimnastlar və komandalar mükafatlandırıldıqdan sonra öz təcrübələrini bölüşdülər. Belə yarışların onları daha da inkişaf etdirdiyini və sıx dostluq münasibətlərinin yaratdığını vurğuladılar. 
4 gün boyunca yarışı izləməyə gələn tamaşaçılar yarışın hər bir anından xüsusi zövq aldıqlarını, hətta övladlarının da bədii gimnastika idman növü ilə məşğul olmalarını istədiklərini bildirdilər.
Yarışlar boyunca idmançılarımıza dəstək olan, onlara xoş enerji və motivasiya ötürən Oji adlı maskotumuz həm idmançıların, həm də tamaşaçıların xüsusi rəğbətini qazandı.

Qalib olan gimnastları və komandaları təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.