İdman

gimnastikadan

başlayır

Aliyə Paşayeva mənzillə mükafatlandırılıb

24 dekabr 2023

Aliyə Paşayeva mənzillə mükafatlandırılıb

Dekabrın 21-də Xankəndi stadionunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşüb.
Görüşdə dövlətimizin başçısı çıxış edib. Azərbaycan Prezidenti həmişə olduğu kimi, bu il də idmançılarımızı sevindirib. Belə ki, dekabrın 20-də Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, idmançı və mütəxəssislər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”,  “Tərəqqi” medalı, “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri və uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüblər. Həmçinin idman ictimaiyyətinin nümayəndələrinə mənzillər təqdim edilib. Sevindirici haldır ki, mənzil alanlar sırasında bədii gimnastika üzrə Avropa çempionatının böyüklər arasında gümüş və bürünc medalçısı, Tokio-2020 Olimpiya Oyunlarına lisenziya qazanan qrup komandasının tərkibində çıxış etmiş, hazırda isə yığma komandanın məşqçisi kimi fəaliyyət göstərən Aliyə Paşayeva da yer alıb.