İdman

gimnastikadan

başlayır

Tamblinqçimizdən növbəti medal sevinci

09 oktyabr 2017

Tamblinqçimizdən növbəti medal sevinci

6-7 oktyabr tarixlərində batut gimnastikası üzrə yığma komandamızın üzvləri Valladolid şəhərində (İspaniya) baş tutan Dünya Kubokunda iştirak ediblər.

Turnirdə ölkəmizi Svetlana Makştaryova, Veronika Zemlyanaya, İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov və Mixail Malkin təmsil edib.

Bir neçə gün öncə Portuqaliyada Dünya Koubokuna sahiblənən Mixail bu turnirdə də uğurlu çıxışı ilə yadda qalıb. Gimnastımızın tamblinq cığırındakı icrasının hakimlər tərəfindən 70.900 xalla dəyərləndirilməsi, ona yarışların bürünc medalını qazandırıb.