İdman
gimnastikadan
başlayır
27 oktyabr 2013
Dünyanın 19 klubu Yaponiyada ən güclünü müəyyənləşdirdiyi bir vaxtda Pireney yarımadasında, Lissabonun mərkəzindən 20 dəqiqəlik məsafədə yerləşən Odivelaşda gənc akrobatlar arasında qitə çempionatı keçirilirdi.
Aynur Hüseynova-Nərmin Ramazanova qadın cütlüyü bütün proqramların finallarında sinxron olaraq 5-ci yeri tutub. Cütlüyü balans finalında bürünc medaldan 0.5-dən bir az çox bal ayırıb.
Avropa çempionatının ikinci iştirakçısı - Elçin Əlibəyov-Emin Gülməmmədli kişi dueti də final raundunda mübarizə aparıb. Burada templi hərəkəti onlara 5-ci yeri qazandırıb, duet çoxnövçülükdə çıxışına görə isə 8-ci yerə layiq görülüb.