İdman
gimnastikadan
başlayır
14 dekabr 2025
13 və 14 dekabr tarixlərində Heydər Əliyev adına İdman Konsert Kompleksində aerobika gimnastikası üzrə 9-cu Bakı çempionatı keçirilib.
İki gün davam edən yarışda “Ocaq Sport” Klubunun gimnastları öz çıxışlarını sərgiləyiblər.
Yarışın birinci günündə gimnastlar uşaqlar (2014-2016), yeniyetmələr (2011-2013), gənclər (2008-2010) və böyüklər (2007 və daha böyük) yaş kateqoriyaları üzrə fərdi, üçlük və qarışıq cütlük proqramlarında performanslarını nümayiş etdiriblər.
İkinci günün proqramına uyğun olaraq isə qrup kompozisiyaları təqdim olunub.
Yarışın sonunda qaliblər diplom və medalla mükafatlandırılıb.
Bu yarış gimnastların yalnız fərdi bacarıqlarını deyil, həm də komanda ruhunu nümayiş etdirdikləri maraqlı və rəngarəng çıxışlarla yadda qalıb. Gənc gimnastlar üçün isə bu yarış, özlərini sınamaq və gələcək uğurlar üçün möhkəm təməl formalaşdırmaq baxımından əhəmiyyətli olub.
Bütün iştirakçıları yarışda göstǝrdiklǝri ǝzmkarlığa görǝ tǝbrik edir, gǝlǝcǝk yarışlarda uğurlar arzulayırıq!