İdman

gimnastikadan

başlayır

Aerobika gimnastikası üzrə Avropa çempionatı başa çatıb

23 noyabr 2023

Aerobika gimnastikası üzrə Avropa çempionatı başa çatıb

17-19 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində aerobika gimnastikası üzrə 13-cü Avropa çempionatı keçirilib.
Yarışda ölkəmizi Azərbaycan yığma komandasının üzvləri Vladimir Dolmatov, Mədinə Mustafayeva, Xədicə Quliyeva, Leyla Bejanova, Arzu Ağayeva, Sara Əlixanlı, Sənəm Kazımova və Dilarə Qurbanova təmsil ediblər.
Komandamızın üzvləri arasında ən yaxşı nəticəni fərdi proqramda Vladimir Dolmatov qazanıb. Finala vəsiqə qazanan gimnastımız fərdi proqramda çıxışını 8-ci pillədə başa vurub. İdmançımız komanda yoldaşı Mədinə Mustafayeva ilə birgə cütlük proqramında 9-cu olub.
Sara Əlixanlı, Sənəm Kazımova və Dilarə Qurbanova üçlüyü də eyni nəticəni göstərərək, 9-cu pillədə qərarlaşıb.