29 mart 2022
Martın 23-dən 27-dək Portuqaliyanın Kantanhede şəhərində aerobika gimnastikası üzrə Dünya kuboku keçirilib. Yarışda ölkəmizi yığma komandanın 3 idmançısı təmsil edib.
Fərdi proqramda çıxış edən qarışıq cütlüyümüz Mədinə Mustafayeva və Vladimir Dolmatov medala qazanmağa yaxın olsalar da, hakimlərdən lazımi xalı toplaya bilməyən idmançılarımız final mərhələsini 5-ci pillədə başa vurublar.
Fərdi proqramda gimnastımız Vladimir Dolmatov 7-ci olub.
İdmançılarımız üçlük tərkibində (Dolmatov Vladimir, Xoşqədəm Quliyeva, Mədinə Mustafayeva) 8-ci pillədə qərarlaşıblar.
Qadınların fərdi proqramında qüvvəsini sınayan Mədinə Mustafayeva təsnifat mərhələsində 13-cü olub.