09 may 2025
8 və 9 may tarixlərində Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən “Aerobika gimnastikası üzrə 9-cu ölkə çempionatı və Bakı birinciliyi” uğurla başa çatıb.
İki gün davam edən yarışda ümumilikdə 55 gimnast çempionluq uğrunda mübarizə aparıb.
Yarışın birinci günündə balacalar (2017-2018), uşaqlar (2014-2016), yeniyetmələr (2011-2013), gənclər (2008-2010) və böyüklər (2007 və daha böyük) yaş kateqoriyaları üzrə fərdi, böyüklər arasında isə qarışıq cütlük çıxışları nümayiş etdirilib.
İkinci günün proqramına uyğun olaraq balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında üçlük, yeniyetmələr və böyüklər arasında isə qrup və aerodans kompozisiyaları təqdim olunub.
Yarışın sonunda qaliblər medal və diplomla mükafatlandırılıb.
Bu yarış gimnastların yalnız fərdi bacarıqlarını deyil, həm də komanda ruhunu nümayiş etdirdikləri maraqlı və rəngarəng çıxışlarla yadda qalıb. Gənc gimnastlar üçün isə bu yarış, özlərini sınamaq və gələcək uğurlar üçün möhkəm təməl formalaşdırmaq baxımından əhəmiyyətli olub.
Bütün iştirakçıları yarışda göstǝrdiklǝri ǝzmkarlığa görǝ tǝbrik edir, gǝlǝcǝk yarışlarda uğurlar arzulayırıq!