İdman

gimnastikadan

başlayır

Aerobika gimnastikası üzrə təmsilçilərimiz 2023-cü ilin ilk beynəlxalq yarışına qatılıb 

27 mart 2023

Aerobika gimnastikası üzrə təmsilçilərimiz 2023-cü ilin ilk beynəlxalq yarışına qatılıb 

Martın 22-dən 26-dək Portuqaliyanın Kantanhede şəhərində aerobika gimnastikası üzrə 11-ci açıq beynəlxalq turnir, martın 24-dən 26-na kimi isə eyni şəhərdə Dünya kuboku keçirilib. 
Beynəlxalq turnirdə ölkəmizi yeniyetmələr arasında fərdi növdə Aylin Quliyeva və Məryəm Topçubaşova, gənclər arasında üçlük proqramında Dilarə Qurbanova, Sara Əlixanlı, Sənəm Kazımova, gənclər arasında fərdi proqramda isə Dilarə Qurbanova və Sara Əlixanlı təmsil edib. 
Komandamızın üzvlərindən ən yaxşı nəticəni fərdi növdə Məryəm Topçubaşova göstərib. İdmançımız 6-cı pillədə qərarlaşıb. Gənclər arasında üçlük proqramında təmsilçilərimiz 7-ci olub. 
Beynəlxalq turnirin ardınca keçirilən Dünya kubokunda isə ölkəmizi XI Ümumdünya Oyunlarının bürünc, V İslam Həmrəyliyi Oyunlarının qızıl və gümüş mükafatçıları Mədinə Mustafayeva və  Vladimir Dolmatov qarışıq cütlük və fərdi proqramda təmsil ediblər. 
Komandamızın təcrübəli üzvlərindən fərdi proqramda çıxış edən Vladimir Dolmatov 6-cı olub. O, komanda yoldaşı Mədinə Mustafayeva ilə qarışıq cütlük proqramında 8-ci yerdə qərarlaşıb.