İdman

gimnastikadan

başlayır

Aerobika gimnastikası üzrə yarışlara yekun vurulub

27 aprel 2023

Aerobika gimnastikası üzrə yarışlara yekun vurulub

Aprelin 22-23-də aerobika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən Dünya kubokunda və eyni şəhərdə keçirilən beynəlxalq turnirdə qüvvələrini sınayıblar.
Dünya kubokunda ölkəmizi yığma komandamızın üzvləri Vladimir Dolmatov və Mədinə Mustafayeva fərdi və qarışıq cütlük proqramında təmsil edib. Hər iki proqramda finala vəsiqə əldə edən idmançılarımız qarışıq cütlük proqramında 7-ci, fərdi çıxışlarla hərəkətlərin icrasında isə 8-ci pillədə qərarlaşıblar.
Beynəlxalq turnirdə ən yaxşı nəticəni fərdi proqramda çıxış edən Məryəm Topçubaşova və üçlük proqramında ölkəmizi təmsil edən Sara Əlixanlı, Sənəm Kazımova və Dilarə Qurbanova göstərib. Təmsilçilərimiz hər iki proqramda 4-cü olublar. Fərdi proqramda çıxış edən digər gimnastımız Sara Əlixanlı isə yarışı 7-ci pillədə başa vurub.